Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşüb.

Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.

Məlumata görə, E.Əmrahov 2007-ci ildə həbs edilib və iyulun 15-də 14 illik cəzasını başa vurduğu üçün azadlığa buraxılıb.

İstinadlar Qafqazinfo