Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası koronavirus infeksiyasından vəfat edib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 57 yaşlı Abdulmanap Nurməhəmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xüsusi rejimli xəstəxanada dünyasını dəyişib.