Minalar insanların yer üzündə yaratdığı xərçəng xəstəliyidir. Əraziləri onlardan təmizləmək və torpağı həyata qaytarmaq lazımdır.

Bunu “Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən sonra bu torpaqlarda ağacların əkilməsi və üzümlərin yetişdirilməsi onları gələcək nəsilləri qidalandırmaq üçün həyata qaytaracaq.

İstinadlar Report