ABŞ-nin Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

İstinadlar Report