“Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

“Müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib.

09.02.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub”.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”, – məlumatda deyilir.

İstinadlar Qafqazinfo