Bu məqalədə biz premium kartının əldə edilməsi və onun öz sahibinə Azərbaycanda və dünyada hansı imtiyazlar bəxş etməsi barədə bəhs edəcəyik
Payız səyahət mövsümü olaraq qalır: kimsə çoxdan arzu etdiyi məzuniyyətə yalnız indi çıxır və istirahət üçün ölkə seçir, kimsə isə artıq fəal iş qrafikinə dönür və başqa ölkələrə ezamiyyətləri planlaşdırmaqla məşğuldur. Azərbaycan sakinləri bu səyahətlərin bəxş etdiyi bütün imkanlardan yararlanır və fəal olaraq xaricə səfər edirlər. Səyahət sənayesinin təklif etdiyi variantların çoxluğu sayəsində müasir səyahətçilər getdikcə daha çox seçkili olurlar.
Maliyyə sənayesi turistlər və iş adamları üçün bir çox üstünlüklər təklif edir. Premium bank kartları sahiblərinə hava limanına pulsuz gediş-gəlişdən tutmuş uçuşa sürətli qeydiyyatadək müxtəlif imtiyazlar verirlər. Bu yazını hazırlamaq üçün biz Visa məhsullarının Azərbaycanda regional departamentinin direktoru Anar Süleymanov ilə premium kartların imkanları haqqında danışdıq.
Premium kartı nədir?
Anar müəllim izah etdiyi kimi, Visa premium kartları adi kartların bütün funksiyalarına malikdirlər, məs. təhlükəsiz və sürətli rəqəmsal ödəmələr, onlayn və ödəniş terminalı vasitəsilə nağdsız ödənişlər etmək imkanı, gəlir və xərclərin rahat izlənilməsi və s.
Bununla yanaşı, premium kartlar əlavə olaraq öz sahiblərinə Visa və onun tərəfdaşlarının eksklüziv təkliflərindən yararlanmağa imkan verirlər.
“Premium kartların bir neçə kateqoriyası var: Visa Platinum, Visa Signature və Visa Infinite. Kartın səviyyəsi həm təqdim edilən imtiyazların sayını, həm də hər bir xidmətdən neçə dəfə pulsuz istifadə edə biləcəyinizi müəyyənləşdirir. Müxtəlif kartların imkanları ilə tanış olduqdan sonra müştəri ona hansı xidmət səviyyəsinin daha uyğun olduğunu müstəqil seçə bilər, – deyərək Visa məhsullarının Azərbaycanda regional departamentinin direktoru Anar Süleymanov qeyd etdi.
Premium Visa kartını açmaq üçün şirkətin rəsmi saytında göstərilən tərəfdaş bankların siyahısında yer alan istənilən banka müraciət edin. Əsası odur ki, əldə edəcəyiniz kartın Visa ödəniş sisteminə məxsus olduğuna əmin olun. Daha sonra kartın əldə edilməsi və aktivləşdirilməsi ilə bağlı bankın təlimatlarına əməl edin.
Konsyerj xidməti
Bankların birindən kart alan kimi Siz premium imtiyazlardan faydalanmağa başlayırsınız. Bunun üçün Telegram messencerində Visa Concierge çat-botuna qeydiyyatdan keçməlisiniz və kartınızı da ora əlavə etməlisiniz. Çat-botda Siz nəinki kartın imkanları haqqında bütün məlumatları əldə edə və premium proqram çərçivəsində xidmətlər sifariş edə, həmçinin Visa-nın konsyerj xidmətindən istifadə edə bilərsiniz.
Konsyerj-servis rəqəmsal köməkçi xidmətidir. Peşəkar köməkçilər, dünyanın istənilən yerində, həftənin 7 günü, günün 24 saatı qulluğunuzdadır və tapşırıqlarınızı yerinə yetirməyə hazırdılar. Məsələn, konsyerj xidməti restoranda masa rezerv etməyə, ad gününə hədiyyə seçməyə, sizi səhər oyatmağa və bir çox digər işlərdə sizə kömək edə bilər.
“Bu xidmət vaxtı qızıla bərabər olan peşəkarlar üçün əvəzolunmazdır”, – deyərək Anar Süleymanov şərh verdi. — “Tutalım, biznes tərəfdaşınız tezliklə Bakıya uçub gəlməlidir, onunla birlikdə şam yeməyi təşkil etmək istəyirsiniz, lakin bunun üçün kifayət qədər vaxtınız yoxdur. Siz bu tapşırığı konsyerj xidmətinin mütəxəssislərinə həvalə edə bilərsiniz: sadəcə planlaşdırılan görüş vaxtını və mətbəx seçimlərini çat-bota göndərin, və konsyerj xidməti münasib restoranları təqdim edəcək, sonra isə masa sifariş edəcək, nahar haqqında əvvəlcədən xatırlama göndərəcək və restoranadək taksi çağıracaq.”
Pulsuz turist vizası
Mütəxəssislər bir sıra ölkələrə viza alınmasının bütün mərhələlərini – sənədlərin toplanmasından viza mərkəzinə baş çəkməyə qədər öz üzərilərinə götürürlər: Sizə yalnız vizalı pasport almaq və səfərinizi planlaşdırmaq qalır.
“Visa Infinite premium kartının sahibləri üç növ turist vizası – Şengen zonası, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları üçün vizalar alarkən xidmətdən pulsuz istifadə edə bilərlər”, – Anar Süleymanov izah edir. “Xidmətə vizanın birbaşa alınması ilə yanaşı, onun əldə edilməsi üçün zəruri olan sığorta polisinin rəsmiləşdirilməsi, sənədlərin ünvana çatdırılması, eləcə də rüsumun ödənilməsi daxildir”.
Gecələmə yerlərinin rezervasiyası zamanı endirimlər və xüsusi təkliflər
Yerləşmə variantları axtardığınız zaman Visa premium kartı Sizə bir çox üstünlüklər təklif edir: Agoda-com saytında rezervasiya zamanı 12% endirim əldə edə və prestijli Peninsula, Park Hyatt və Shangri-La otel şəbəkələrində imtiyazlardan və gecələmə endirimlərindən yararlana, habelə Jumeirah Hotels & Resort şəbəkəsində gecələmə üçün endirimlər və şəbəkənin restoranlarında və spa mərkəzlərində xüsusi şərtlər əldə edə bilərsiniz.
Pulsuz səyahət sığortası
Visa premium kartı xaricə səyahət zamanı Sizə tam beynəlxalq sığorta təmin edir. Sığorta tək tibbi hadisələri deyil, habelə icarəyə götürülmüş avtomobillə bağlı mümkün qəzaları və hadisələri, uçuşun və ya baqajın ləngiməsini, satın aldığınız malların korlanmağa və oğurluğa qarşı sığortalanmasını və sair gözlənilməz halları əhatə edir.
Əgər Siz səfərə çıxdıqdan əvvəl o baş – bu baş (getmə-dönmə) biletlərini Visa premium kartı ilə almısınızsa və ya yerləşməni rezerv edib ödəmisinizsə, sığorta avtomatik olaraq qüvvəyə minir.
Bakı və digər şəhərlərin hava limanlarına pulsuz gediş-gəliş
Visa premium kartının sahibləri Bakı və Abşeron yarımadası daxilində Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanına pulsuz transferdən yararlanırlar.
“Visa premium kartları nəqliyyatla bağlı geniş imtiyazlar, ilk növbədə hava limanına və hava limanından pulsuz transfer təklif edirlər. Bu xidmət təkcə Azərbaycanda deyil, İstanbul, İzmir, Antalya və Bodrum hava limanlarında da keçərlidir. Həmçinin, premium kart sahibləri rahat səyahət etmək üçün Avis və SIXT şirkətlərindən avtomobillərin icarəsində endirimlərdən yararlana bilərlər”, – Anar Süleymanov söyləyir.
Visa-dan Fast Line uçuşa sürətli qeydiyyat xidməti
Uçuşunuza qeydiyyat zamanı vaxta qənaət etmək üçün siz Visa Fast Line xidmətindən yararlana bilərsiniz. Bu xidmətə sürətli qeydiyyat proseduru, porter xidməti ilə baqajın sürətli daşınması, baqajın pulsuz bükülməsi, həmçinin gediş və gəliş zamanı pasport nəzarətindən xüsusi zolaq ilə keçid daxildir.
Hava limanında yüksək komfortlu gözləmə zalı
Visa premium kart sahibləri uçuşu gözləyərkən Bakı hava limanının gözləmə zallarında vaxt keçirə bilərlər. Gözləmə zalında yumşaq rahat mebel, kondisioner, WiFi, menyudan geniş çeşiddə yeməklər və içkilər var. Gözləmə zalının sahəsinin işçiləri sərnişini girişdə səmimiyyətlə qarşılayacaq və lazım gəldikdə uçuş haqqında məlumat və tərcümə xidmətləri təqdim edəcəklər.
“Visa premium kart sahibləri üçün dünya ətrafında hava limanlarında 1200 biznes zalda istirahət edə bilərlər,” – Anar Süleymanov əlavə edir. – “İldə neçə dəfə tam pulsuz olaraq maksimum rahatlıqda uçuş gözləməkdən həzz ala biləcəyiniz kartın kateqoriyasından asılıdır.”
Bakı hava limanında VIP gözləmə zalı
Visa Infinite kart sahiblərinə həmçinin onları hava limanındakı bütün darıxdırıcı prosedurlardan tamamilə azad edən CIP Service (CIP Terminal) xidməti təklif olunur. Nəzarətdən keçmək, sərnişinlərin və baqajın uçuşa qeydiyyatı, əl yükünün daşınması – bütün bunlar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sərnişin sadəcə vaxtını VIP salonda keçirir, sonra isə lüks avtomobil onu götürüb birbaşa təyyarəyə aparır.
Premium kartlar səyahət edənlərə geniş sayda və çeşiddə xüsusi təkliflər, o cümlədən 2 qiqabayt ölçüsündə pulsuz rouminq internet paketi təqdim edirlər. Bu imtiyazlar həm səyahətçilərin gündəlik qayğılarını aradan qaldırır, həm də səfər zamanı əlavə rahatlıq təmin edirlər. Visa premium kart sahibləri üçün mövcud olan imtiyazlar haqqında ətraflı məlumatı rəsmi internet saytından əldə edin.