Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. 

Noyabrın 15-də axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Xəbərdarlıq

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

İstinadlar Qafqazinfo