Bakıda və Abşeron yarımadasında avqustun 15-i günün birinci yarısında, 16-sı isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. 

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 15-dən 17-si gündüzədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-i axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

İstinadlar Qafqazinfo