
ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Bu barədə Baydenin seçki qərargahının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədliyi irəli sürmək niyyətindəyəm. Seçkilərə qədər 107 günümüz var. Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik”, – Harris bildirib.