Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris rəqibi respublikaçı Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.
Sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris baş barmağını yuxarı qaldıraraq Trampla debat etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, prezidentliyə namizədlər arasında debat sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Yekun qaydalar hələ sentyabrın 5-də təsdiq edilib.