Yaponiyanı ötən həftənin sonundan cənginə alan “Haqibis” tayfunu ölkənin kənd təsərrüfatına 38,3 milyard yen (hazırkı məzənnə ilə 354 milyon ABŞ dolları) iqtisadi ziyan vurub.

Bu, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin ilkin məlumatında bildirilib.

Nazirlik çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olan güclü yağışların kənd təsərrüfatına vurduğu ziyanı qiymətləndirməyə davam etdiyindən bu rəqəmin artacağını vurğulayıb.

İstinadlar Report