Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilməsi ilə bağlı sualı cavablandırıb.

Https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı ilk növbədə, məsul şəxs tərəfindən valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlər əsli ilə üzləşdirilir və həmin sənədlərin surəti saxlanılaraq əsli valideynə və ya qanuni nümayəndəyə qaytarılır. 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo