Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.

Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildiriv ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov-az saytı vasitəsilə əldə edə bilərlər.

İstinadlar Report