Yetərsay olmadığı üçün Ermənistan parlamentinin iclası keçirilməyib.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, yetərsay hakim “Mənim addımım” fraksiyasının iştirak etməməsi səbəbindən olmayıb.

Fraksiyanın başçısı Lilit Makuns bildirib ki, hökumətin bütün üzvləri bu həftə gərgin işləyiblər: “Fraksiya hökumətin əlavə yüklənməməsi üçün belə bir qərar qəbul edib”.

Qeyd edək ki, həftədə bir dəfə parlamentdə hökumət saatı keçirilir. Nazirlər Kabineti gördüyü işlərlə bağlı deputatlara hesabat verir.

İstinadlar Report