Ukraynalı iki haker ölkənin loqistika şirkəti olan DNL-nin hesabından 1,5 milyon avro oğurlayıb

Beynəlxalq kiberpolisin əməkdaşları Almaniyanın hüquq-mühafizə orqanları ilə birlikdə cinayət iştirakçılarının Ukraynanın Çernikov şəhərinin sakinləri olduğunu müəyyənləşdirib. Onlardan biri 28 yaşlı qadın, digəri 22 yaşlı kişidir. Hakerlər 2013-2016-cı illərdə şirkətin maliyyə bazasında müxtəlif qanunsuz əməliyyatlar ediblər. Oğurlanan pullar Kipr və İspaniya banklarına köçürülüb.
Polis hər iki hakeri beynəlxalq axtarışa verib.