Avropa İttifaqı Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS dövlətlərarası təşkilatı ilə əməkdaşlıq edir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
“Əgər Türkiyənin Aİ ilə iqtisadi inteqrasiyası onun üzvlüyü ilə nəticələnsəydi, Türkiyə bəlkə də BRICS kimi digər imkanları araşdırmazdı”, – nazir bildirib.
Onun sözlərinə görə, Aİ liderləri Türkiyəyə qarşı elə davranıblar ki, sanki Avropa İttifaqına ultrasağçı partiyaların tərəfdarları rəhbərlik edir və onlar həqiqətən hakimiyyətə gəlsələr, Ankara üçün heç nə dəyişməyəcək: