![](http://cdn1.azerbaycan24.com/nb_images/1733796754-1115722-5c744880-d059-3519-80bd-74df4f1dbb8e_850.jpg)
ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar Suriyadakı son hadisələri müzakirə ediblər.
H. Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.