Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyada Suriya ilə bağlı keçirilən mətbuat konfransında çıxışında deyib.
O bildirib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır: “Terrorun keçid dövründən sui- istifadə etməsinə imkan verməməliyik. Əvvəlki səhvlərdən dərs çıxarmalıyıq. Qarşıdakı dövr asan olmaya bilər. Amma biz Türkiyə olaraq Suriyanın yanında olacağıq”.
H.Fidanın sözlərinə görə, Suriya xalqı təhlükəsiz və azad yaşamağa layiqdir.