
Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, bu mövzuda Türkiyə yenə də lazımi addımları atacaqdır.