
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Yaxın Şərqdəki son durum barədə danışılıb.
Tərəflər Qəzzada daimi atəşkəsin təmin olunmasını müzakirə ediblər.
Həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısının alınması və bunun mənfi nəticələri barədə fikir mübadiləsi aparılıb.