ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib.
Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller adından yayımlanan yazılı açıqlamada deyilir.