Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidanın səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

***

Prezident İlham Əliyev Türkiyə XİN başçısı Hakan Fidanı qəbul edib. 

Bu barədə foto Türkiyə XİN-in hesablarında paylaşılıb.