Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək.

Nazir bu barədə, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.

“Gələn həftə həmkarım, dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-yə səfər planlaşdırılır”.

İstinadlar Qafazinfo, Qafqazinfo