
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, H.Fidan Vaşinqtona Dövlət katibi Entoni Blinkenlə görüşmək üçün gedir.
Tərəflər arasında Qəzza zolağındakı son vəziyyət müzakirə olunacaq.