Haiti Prezidenti Jovenel Moizin ölümündən iki gün əvvəl Baş nazir təyin olunan siyasətçi Ariel Anri vəzifəsinin icrasına başlayıb.

O, həmvətənlərini dialoqa çağırıb və ümummilli liderin qətlini araşdıracağına söz verib.

“Ölkə hər mənada böhran vəziyyətindədir, dövlətin etibarını və nüfuzunu bərpa etməliyik. Cəmiyyətin sektorları arasında həddindən artıq qütbləşmə var, amma bu çoxtərəfli böhran üçün davamlı həll yolu lazımdır”, – A.Anri vəzifəyə gəldikdən sonra xalqa ilk müraciətində söyləyib.

İstinadlar Report