Cari ilin 7 iyul tarixində sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn mərasimi respublikanın şimalındakı Kap-Aitien şəhərində keçirilib.

Mərasimdə mərhumun həyat yoldaşı Martin Moiz və respublika rəhbərliyinin üzvləri iştirak edib.

“Jovenel, sənə xəyanət etdilər və vəhşicəsinə öldürdülər. Ancaq ən böyük günahların ölkəyə sevgi, zəifləri və ən həssas insanları qorumaq, ölkəni korrupsiyalaşmış oliqarxlardan azad etmək istəyin idi. İntiqam almaq istəmirik, amma qorxudan əsla təslim olmayacağıq. Biz döyüşü uduzduq, müharibəni yox”, deyə Martin Moiz vida nitqində bildirib.

Daha sonra Haiti prezidenti Jovenel Moiz dəfn edilib.

İstinadlar Report