Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Bu barədə “Haiti Libre” portalı məlumat yayıb. Qəza ölkənin qərbində yerləşən Qrand-Ans vilayətində qeydə alınıb.

İlkin ehtimala görə, insanları daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil çevrilib.

Qəzada yaralanan şəxslər xəstəxanaya aparılıb, vəziyyətləri barədə məlumat verilmir. Ölkə polisi qəza ilə bağlı araşdırmalara başlayıb.

İstinadlar Report