Haiti və Çili vətəndaşı Rodolf Jaar 2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizə sui-qəsddə iştirakda təqsirini etiraf edib.

Bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Əlli yaşlı Rodolf Jaar ABŞ-da Mayami (Florida) məhkəməsində Moizeni qaçırıb öldürmək üçün maddi dəstək və sui-qəsddə təqsirini boynuna alıb.O, xüsusilə cinayətkar qrupun tərkibində olan Kolumbiya vətəndaşlarını silah, ərzaq və mənzillə təmin edib.

Agentlik qeyd edib ki, Jaar istintaqla sövdələşib və səlahiyyətlilərə ABŞ-da həbsdə olan daha 10 müttəhimin mühakiməsinə kömək edəcək məlumatlar verib. Jaara iyunun 2-də hökm oxunacağı gözlənilir. Onu ömürlük həbs cəzası gözləyir.

İstinadlar Report