Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Berlin konfransı zamanı telefonunu bağlayıb və yoxa çıxıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edilib ki, Haftar konfransın gedişində qəribə davranıb, daha sonra telefonu söndürüb, heç kimlə əlaqə yaratmayıb, xəbərdarlıq etmədən gedib. Barışıq razılaşmasını imzalamaqdan da imtina edib.

Berlin konfransı dünən baş tutub. Konfransda Almaniya, Fransa, Türkiyə, Rusiya liderləri, Avropa İttifaqı və BMT təmsil olunub.

Bundan əvvəl isə Haftar Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada keçirlən danışıqları atəşkəs müqaviləsini imzalamadan tərk etmişdi.

İstinadlar Azvision