Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 2 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Ölən hərbçilərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası keçiriləcək.

Axtarış prosesində xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.

İstinadlar Qafqazinfo