Oğuz-Qəbələ-Bakı su kəmərində planlı təmir işləri aparılacaq.

Bu “Azərsu” ASC-dən bildirilib. 

Məlumata görə, bununla əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

İstinadlar Qafqazinfo