Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.

Hadisə bakı-qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

İstinadlar Report