Hacıqabulda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi “Vaz- 2106” markalı minik avtomobili ilə hərəkətdə olan zaman Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızının idarə etdiyi  “Hyundai” markalı minik avtomobili toqquşub. 

Qəza zamanı “Vaz-2106”-nın sürücüsü E.Qocayev hadisə yerində ölüb.

Xəsarət alanlar Hacıqabul sakinləri – 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli



İstinadlar Qafqazinfo