Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.


İstinadlar Qafqazinfo