Bakı-Qazax avtomagistralında qəza baş verib.

Hadisə yolun 162-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Şəmkirə doğru hərəkət edən “İkarus” markalı avtobus gənc oğlanı vurub.

Kimliyi məlum olmayan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 




İstinadlar Qafqazinfo