Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Hüseynov hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha 4 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan biri –1983–cü il təvəllüdlü Mətləb Yusifov xəstəxanada vəfat edib.

Avtomobildə olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


İstinadlar Qafqazinfo