İran və Səudiyyə Ərəbistanı arasında siyasi qarşıdurma din sahəsinə də sıçrayıb.

Azərbaycan 24 xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanını ötən il həcc ziyarəti zaman baş verən qəzada yaralanan iranlıları öldürməkdə ittiham edən İranın dini lideri Xamenei Hacı olmaq üçün Kərbəlaya getməyin də yetərli olduğunu bildirib.
“Səudiyyə Ərəbistanının əvəzində Kərbəlaya gedərək də hacı olmağın mümkün olduğuna inanıram”, – deyə o bildirib.
Xameneinin fətvasından sonra minlərlə iranlı Kərbəlaya axışıb.