Azərbaycanda şərabçılığı daha da inkişaf etdirmək mümkündür.

Bunu Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal deyib.

O qeyd edib ki, Şəkinin şərabçılıq baxımından potensialı böyükdür: “Bölgənin zəngin tarixi, yerli torpaq ərazilərin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək, iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”.

GWTO prezidenti qeyd edib ki, Azərbaycanla hökumət və özəl tərəfdaşlarla əməkdaşlıq davam edəcək.

“Enoturizm sahəsində qabaqcıl dünya praktikalarını tətbiq etməklə və beynəlxalq təcrübədən istifadə etməklə turistləri regiona cəlb edə və öz qədim tarixi ilə məşhur olan Şəkidə cazibəli turistik məkana çevirmək mümkündür”, o qeyd edib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

İstinadlar Report