Səhiyyə Nazirliyi Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. 3 kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə  çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub.

İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.

İstinadlar Qafqazinfo