Gürcüstanın Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin ölkəyə gəlməyəcəyinə əmin olduğunu, onun bu cür açıqlamaları narkotik vasitələrin təsiri altında verdiyini deyib.

Bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

“Saakaşvilinin çağırışları narkomanın və qeyri-ciddi insanın sözləridir. Onun video-müraciətinə baxsaydınız, istənilən işə yeni başlayan polis belə Saakaşvilinin narkotikin təsiri altında olduğunu bilərdi”, – deyə Qaribaşvili söyləyib.

O, əlavə edib ki, keçmiş prezidentin Gürcüstana qayıdacağından da şübhə edir. Çünki bu baş verərsə, onu həbs gözləyir. Gürcü Baş nazir hesab edir ki, müxalifət bütün cəbhələrdə uduzduğunu bildiyi üçün bu cür primitiv üsullardan istifadə edir.