
Avropa Komissiyası Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları faktiki olaraq dayandırıb və bu ölkəni hərtərəfli seçki islahatları aparmağa çağırıb.
Bu, Avropa Komissiyasının illik hesabatında yer alıb.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.Hakim “Gürcü Arzusu” Partiyası 53,93 faiz səs toplayıb.