Gürcüstanda leysan yağışları nəticəsində çay məcrasından çıxıb.

Çayın daşması nəticəsində Kutaisi-Çaqeri-Lentexi-Lasdili avtomobil yoluna zərər dəyib.

Məlumata əsasən, çayda suyun səviyyəsinin qalxması, həmçinin körpüyə də ziyan vurub. Bu səbədən də, yolun bu hissəsində istənilən növ avtomobil üçün hərəkətə qadağa qoyulub.

***

Leysan yağışları Gürcüstanın qərbində çaylarda suyun səviyyəsinin artmasına və torpaq sürüşmələrinə səbəb olub.

Güclü yağışlar Xamiskuri, Xeta və Pirveli-Maisi kəndlərinin sakinlərinə problemlər yaradıb. Belə ki, bu kəndlərdə həyətləri, küçələri və kənd təsərrüfatı ərazilərini su basıb.

Yerli sakinlərin sözlərinə görə, yağış çox güclü olduğundan drenaj kanalları suyu keçirməkdə problem yaşayıb.

Bununla yanaşı, leysan yağışları səbəbindən Alpana-Çaqeri dövlət əhəmiyyətli avtomobil yolunun 7-ci kilometrində torpaq sürüşməsi baş verib.

Həmçinin, digər ərazilərdə də oxşar vəziyyətlər yaşanıb. Güclü yağış səbəbindən yolları su basıb, körpülərə ziyan dəyib və nəticədə avtomobillərin həmin yollardan istifadəsinə qadağa qoyulub.

***

Güclü yağışlar Batumidə də bir neçə küçəni istifadəyə yararsız hala salıb. Şəhər bələdiyyəsinin verdiyi məlumata görə, 100-dən çox prospekt su altında qalıb və nəqliyyatın hərəkətinə mane olub. 

Şəhərin bəzi küçlərində su evlərin birinci mərtəbələrinə dolub və məişət texnikasına ziyan vurub. Bundan əlavə, mağazaları, çörək sexlərini də su basıb. 

Bələdiyyə həmçinin qeyd edb ki, “Respublika” xəstəxanasının yeni korpusunun ilk mərtəbəsinə də su dolub. 

Sinoptiklərin proqnozlarına görə, Batumidə sabah da güclü yağış və külək gözlənilir.

İstinadlar Qafqazinfo