Gürcüstanda 2016-cı ildə yol hərəkəti qaydalarını pozan sürücülər 74,1 milyon GEL, təqribən 31 milyon ABŞ dolları məbləğində cərimə ödəyiblər.

Il ərzində ümumilikdə 1,4 milyon cərimə yazılıb, bunların da 280 mindən çoxu videocərimələrdir.

Cərimələrin 70 faizi sürət həddini aşma, 31 mini avtomobili sərxoş vəziyyətdə idarə etmə, 50 mini təhlükəsizlik kəmərindən istifadə etməmə, 157 mini isə avtomobili idarə edərkən telefonla danışmağa görə yazılıb.

Ötən il Gürcüstanda 6,9 mindən çox yol-nəqliyyat qəzası qeydə alınıb. Bunun nəticəsində 581 nəfər dünyasını dəyişib, 10 minə yaxın insan yaralanıb.

İstinadlar Report