Qonşu Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməməsi ölkədə ciddi siyasi gərginlik yaradıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş nazir İrakli Qaribaşvilinin parlamentdəki çıxışını şərh edib.

S.Zurabişvili baş nazirin çıxışının Avropaya neqativ fikirlər göndərmək mənasına gəldiyini bildirib.

Onun sözlərinə görə, cəmiyyətimizin böyük bir qismi küçələrə çıxaraq yaşından və siyasi baxışından asılı olmayaraq, avropalı olduğumuzu sübut etdi:

“Avropada bizim məsələmizi önə çəkmək və müsbət nəticə əldə etmək üçün hazırda hansı addımlar atdığımız çox önəmlidir. Bir tərəfdən əhalimiz öz sözünü demək üçün hər şey edir. Cəmiyyətimizin böyük bir qismi küçələrə çıxaraq Rusiyaya belə bir mesaj göndərdi ki, burada yaşından və siyasi baxışından asılı olmayaraq biz hamımız avropalıyıq. Bu gördüyümüz həqiqətən də ictimaiyyətimizin azad fikirini təcəssüm edirdi. Bu gün parlamentdə dinlədiklərimə görə isə çox narahatam. Parlamentdə gördüyüm cəmiyyətimizin bizə göstərdiyinin əksidir. Bu gün parlamentdə qarşıdurma, təhqir, dözümsüzlük gördük. Bizim özümüzə aid mənfi nəyi göstərə bilərdiksə, bu gün göstərdik. Buna baş nazirin çıxışı da əlavə edildi. Onun çıxışı Brüsselə neqativ göndərilə biləcək bir çağırış idi. Guya biz ən yaxşıları, hər şeyi ən yaxşı etmişik, heç bir çətinliyimiz yoxdur. Bütün bunlar absurddur və öz mənası ilə təhqiredicidir”.

Bu arada Gürcüstan Baş Naziri üzr istəyib.

Biz buna layiq idik! Gürcü xalqı ölkəyə Avropa Birliyinə üzv olmaq üçün Avropa perspektivi verilməyə layiq idi.

Bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili illik hesabatını təqdim etdiyi parlament tribunasında deyib.

Bundan əlavə, Qaribaşvili bugünkü çıxışı zamanı müxalifətlə aralarında baş verən sözlü mübahislərə görə ictimaiyyətdən üzr istəyib:

“Bu, tarixi rekorddur, mən bunu deməkdən çəkinməyəcəyəm. İnsanlar 30 ildir ki, bunu istəyirlər. Bu, həqiqətən də böyük nailiyyətdir, təsadüfən heç kim bizə heç nə vermir. Mən emosional çıxışlara görə ictimaiyyətdən, o cümlədən siz, hörmətli opponentlərdən üzr istəyirəm. Bu qədər təhqiramiz ifadələr eşitmək xoş deyil, lakin təəssüf ki, bu cür bir-birinə bənzəməyən hərəkətlərə və təhqirlərə cavab verməmək çox çətindir”.