Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

Seçkilərin tarixini prezident Georgi Marqvelaşvili baş nazir Mamuka Baxtadze ilə müşavirəsindən sonra rəsmi şəkildə elan edəcək. Müxalifətdən prezidentliyə bir neçə namizəd artıq təşviqat kampaniyasına başlayıb.

Hakim “Gürcüstan arzuları” partiyası isə hələlik namizədini açıqlamayıb. Bununla belə, Marqvelaşvilinin növbəti dəfə prezident seçkilərində namizədliyini irəli sürəcəyi istisna edilmir.

İstinadlar Qafqazinfo