“Son günlər Gürcüstanda koronavirusun yayılması səbəbindən çətin epidemioloji vəziyyət yaranıb.”

Bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya dünən keçirilən brifinqdə deyib.

“Vəziyyət kifayət qədər çətindir. Son həftə sutka ərzində virusa yoluxanların sayı sabit olaraq təqribən 3000 nəfər təşkil edir ki, bu da təbii olaraq səhiyyə sahəsinə ciddi təzyiqlər edir”, – deyə Qabuniya qeyd edib. 

O əlavə edib ki, ölkənin xəstəxanalarında mütəmadi olaraq çarpayıların sayı artırılır.

İstinadlar Qafqazinfo