Gürcüstanda pandemiyanın başlanğıcından etibarən koronavirusa 30 min uşaq yoluxub.

Bunu İaşvili adına Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvane Çxaidze bildirib. O, üçüncü dalğanın başlanması ilə əlaqədar olaraq bütün valideynləri uzunmüddətli simptomlar olacağı təqdirdə həkimə müraciət etməyə çağırıb.

O bildirib ki, koronavirusa yoluxan uşaqlar və böyüklər sağaldıqdan sonra onlarda 6-8 ay köhnə simptomlar davam edə  və ya tamamilə yeni simptomlar özünü göstərə bilər.

Ümumiyyətlə, əhalinin 10%-ə qədərinin post-kovid simptomları 12 həftə, 30-33%-nin isə daha az müddətə davam edə bilər.

İstinadlar Qafqazinfo