Gürcüstan polisi “TV Pirveli” telekanalının operatorunun döyülməsi faktı üzrə daha bir nəfəri saxlayıb.

Saxlanılan 30 yaşlı kişi iyulun 5-də Tbilisidə baş verən qarşıdurmalarda iştirak etməkdə təqsirli bilinir. 

İstintaq məlumatlarına əsasən, təqsirkar şəxs hadisə zamanı Rustaveli prospektində “TV Pirveli” kanalının operatorunu fiziki şəkildə və sözlə təhqir edib. 

Qanun pozuntularında təqsirli bilinən digər şəxslərin təyin olunması və saxlanılması məqsədilə istintaq əməliyyatları davam edir. 

Xatırladaq ki, “Tbilisi pride” qeyri-hökumət təşkilatı və onu dəstəkləyən aktivistlər iyulun 5-də LGBT cəmiyyətinin hüquqlarının müdafiəsi üçün “Həmrəylik yürüşü” keçirməyi planlaşdırırdı. Lakin etirazçıların aksiyası daha sonradan qarşıdurmaya çevrilib.

55 zorakılıq faktı qeydə alınıb ki, bunların da 53-ü KİV nümayəndələrinə qarşı olub.

“TV Pirveli” telekanalın operatoru Lekso Laşkarava bu qarşıdurmalar zamanı aldığı xəsarətlər səbəbindən bir neçə gün sonra dünyasını dəyişib.

İstinadlar Qafqazinfo