Gürcüstanda turistləri daşıyan iki mikroavtobus toqquşub. Nəticədə bir turist həyatını itirib, 10 nəfərədək insan yaralanıb.

Hadisə Gürcüstanın Mtsxeta bələdiyyəsinin Nataxtari kəndi yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə yerinə cəlb olunub.

İstinadlar Qafqazinfo