Xəbər verdiyimiz kimi, Tbilisinin mərkəzində “Utanc” hərəkatı etiraz aksiyası təşkil edib.

Etirazçıların əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və Avropa İttifaqının şərtlərini yerinə yetirmək üçün yeni Milli Razılıq hökumətinin təyin edilməsidir. “Biz Bidzina İvanişvilinin (hakim “Gürcü Arzusu”nun yaradıcısı – red.) hökumətinə istefa vermək üçün bir həftə vaxt veririk”, – deyə gənclər hərəkatının lideri Şota Diqmelaşvili deyib. 

Diqmelaşvilinin sözlərinə görə, növbəti aksiya iyulun 3-də baş tutacaq və ondan əvvəl paytaxtda və regionlarda əhali ilə görüşlər olacaq.

O əlavə edib ki, tələblərə əməl edilmədiyi təqdirdə iyulun 3-də keçiriləcək aksiya müddətsiz olacaq və ona Gürcüstanın regionlarının nümayəndələri də qoşulacaq.

İstinadlar Qafqazinfo